EN

Yeməkdən sonra yuxunuz gəlirsə, bu xəstəklikdən əziyyət çəkirsiz

Yeməkdən sonra yuxululuq diabetin əlaməti hesab olunur. 

Demokrat.az
xəbər verir ki, bu barədə türk həkim, Dr Selcuk Sezikli məlumat verib.

Həkim xalq arasında şəkərli diabet kimi tanınan diabetin əlamətləri arasında yeməkdən sonra yuxululuğun olduğunu açıqlayıb. Selcuk Sezikli vurğulayıb ki, insulin çatışmazlığı ilə qanda şəkərin artması ilə ortaya çıxan şəkərli diabetin əlamətlərinə həddindən artıq susuzluq, ağız quruluğu, yeməkdən sonra yuxululuq, yorğunluq, tez-tez sidiyə getmə və bu əlamətlərlə bağlı çəki itkisi və bulanıq görmə daxildir.

1-ci tip diabetin anadangəlmə insulin çatışmazlığından, 2-ci tip diabetin isə insulin müqavimətinə görə daha sonra meydana gəldiyini ifadə edən Sezikli deyib: "Şəkər xəstəliyinin müalicəsində ilk növbədə həyat tərzinin dəyişməsi, qidalanma vərdişləri, pəhriz, idman və s. tibbi müalicə, dərman və ya insulin tətbiq edilir".

Uzun müddət davam edən və nəzarətsiz diabet gözlər, böyrəklər, ürək, beyin, ayaq sinirləri və damarlar kimi bir çox sahəni təsir edə bilər. Bua görə də erkən diaqnoz çox vacibdir.

Jalə
Demokrat.az
Chosen
32
1
demokrat.az

2Sources