EN

Fransa və Macarıstan Rusiya qazının əsas alıcılarıdırlar

Fransa və Macarıstan Avropa İttifaqı ölkələri arasında Rusiya qazının əsas alıcılarına çevriliblər...

2024-cü ilin yanvar-avqust aylarında Avropa İttifaqında Rusiya qazının əsas alıcıları Fransa, Macarıstan və İspaniya olub.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu, Eurostat hesablarından belə görünür. Ümumilikdə bu ilin səkkiz ayı ərzində Rusiya Aİ-yə 9 milyard avro dəyərində qaz tədarük edib.

Səkkiz ayda Fransa Rusiyadan qaz idxalının həcmini 30% artıraraq 1,9 milyard avroya, Macarıstan isə bu rəqəmi 1,6 milyard avroya qədər azaldıb. Rusiyadan əsas yanacaq alıcıları arasında İtaliya (1,3 milyard avro) və Yunanıstan (0,9 milyard avro) da var.

TASS Agentliyi “Qazprom”un məlumatlarına istinadən yazıb ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Rusiya Avropaya boru kəməri qazının ixracını 15% artıraraq 26,52 milyard kubmetrə çatdırıb.

Oktyabrda isə Rusiya qazının Avropa ölkələrinə nəqli 2,8 milyard kubmetr təşkil edib.

Poliqon.info

Chosen
43
poliqon.info

1Sources