EN

İsveçin əmək naziri banandan qorxur-FOTO

İsveçin bərabərlik və əmək naziri Paulina Brandberq bananafobiyadan əziyyət çəkir.

Azpost.info bildirir ki, bu barədə “Aftonbladet” qəzeti yazır.

Bir neçə il əvvəl Brandberq X-də bu vəziyyəti qeyd etmişdi. Onun fobiyası o qədər güclüdür ki, danışıqlara gedəndə xüsusi tədbirlər görülür. Məsələn, parlamentin spikeri Andreas Norlenlə görüşdən əvvəl elektron poçtla “otaqda banan izi olmamalıdır” mesajı göndərilmişdi.

Bununla belə, bananafobiya hökumətin işinə təsir etməyib. Baş nazir Ulf Kristersson TT-yə müsahibəsində deyib ki, “fərqli fobiyaları olan insanlara böyük hörməti var.

Brandberq Expressen-ə yazdığı məktubda peşəkar yardım aldığını izah edib.

Chosen
16
azpost.info

1Sources