EN

"Ruslar daha bir kəndi işğal edib, 6 istiqamətdə irəlilədilər" - "DeepState"

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Rivnopil kəndini işğal edib.

"AzPolitika" xəbər verir ki, bu barədə "DeepState" analitik mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Rinopili tutan ruslar Plehovoy, Novaya İlyinka, Novodmitrovka, Petrovka, Antonovka, Voznesenka və Novoselidovka istiqamətində irəliləməyi bacarıblar.

Analitiklərin fikrincə, Kuraxovski istiqaməti cəbhədə ən çətin istiqamət olaraq qalır. Belə ki, noyabrın əvvəlindən burada rus ordusu ilə 690 hərbi toqquşma olub.

Qeyd olunub ki, noyabrın ilk 13 günü müxtəlif istiqamətlərdə rus ordusu ilə aşağıdakı sayda hərbi toqquşmalar baş verib:

- Kuraxovskoe - 690 toqquşma;

- Pokrovskoe – 435;

- Limanskoe – 163;

- Kupyanskoe – 145;

- Kupyanskoe – 145;

- Vremevskoe – 130;

- Toretskoe – 92;

- Xarkovskoe – 77;

- Pridneprovskoye - 50;

- Kramatorskoye - 30.

Bu müddət ərzində ruslar ən az aktivliyi Orexovski və Severski istiqamətlərində göstəriblər. Orada müvafiq olaraq 24 və 23 hərbi toqquşma baş verib.

"AzPolitika.info"

Chosen
81
1
azpolitika.info

2Sources