EN

Qarşısını ala bilmədiyimiz QIŞ: Soyuq hava nə gətirəcək?

Azərbaycanın bir sıra dağlarında qar yağır! Bu normaldır. Amma beynəlxalq meteoroloji xidmətlərin son hava hesabatına görə, bu il bir az soyuq keçəcək.

 

Bir sıra beynəlxalq mənbədən araşdırmanı təqdim edirik:

 

Balkanlarda vəziyyət artıq çətindir. Məlumata görə, o soyuq üzü bəri gəlir. Yəni bu soyuq ölkəmizə də təsirsiz keçməyəcək. Hətta yayda istisindən boğulduğumuz rayonlarda da havanın dumanlı, buludlu olacağı gözlənilir. Hətta bu dəfə küləyin də  şimaldan əsəcəyini proqnozlaşdırırlar. Amma özünüzü çox qorxutmayın külək arabir mülayim də əsəcək.

 

Problem əsasən yağış yağanda olur. Əslində yağış olanda hava tozdan təmizlənir. Lakin kəndlər palçıq, şəhər də başıbəlalı olur. Güclü leysan özü ilə sonra sel gətirir. Bu təbii prosesdir, heç cür qarşısını ala bilmirlər. Hətta beynəlxalq şirkətlərdə oturan alimlər deyir ki, tufan da gözlənilir. Onsuz da onların hər dediyi olmur. Sadəcə sel, şimşək kimi təbii fəlakətlər kəndlər arası nəqliyyatın kəsilməsinə gətirib çıxarır. Ona görə də alimlər deyir ki, buna qarşı indidən diqqətli və tədbirli olmaq lazımdır. Burasını isə qulaqardına vurmayaq.

 

Balkanlardan gələn soyuq hava özü ilə qar da gətirəcək. Bir sözlə lazımı olanlar xizəkləri hazırlasın. Bircə xizək kurortlarının bəxti gətirəcək, müştəriləri artacaq.

 

Şaxtalı havada sürücülər də diqqətli olmalıdır. Şüşələr və güzgülər şaxtadan donur.


Qar özü ilə bərəkət gətirir. Lap yaxşı. Bircə fəlakət gətirməsin.

 

Sizin skuteriniz var lap yaxşı. Amma yağışlı, qarlı havada onunla küçəyə çıxmayın. Yoxsa, mənzil başına kimi yarıyacan su olacaqsınız.

 

Çay kənarında yaşayanlara da Fövqəladə Hallar Nazirliyi dönə-dönə xəbərdarlıq edib. Ümid edirik ki, onlar öz tədbirlərini artıq görüblər./Lent.az

Tarix: 15 Noyabr 2024, 11:55   
Chosen
34
9
pravda.az

10Sources