EN

Ceyhun Bayramov: "COP29 sədrliyi iqlim və sülh sahəsində birgə səyləri aktivləşdirir"

Ceyhun

COP29 sədrliyi son bir neçə ay ərzində iqlim və sülh bağlantısı sahəsində birgə fəaliyyətlərin gücləndirilməsi üzrə beynəlxalq səylərə fəal şəkildə rəhbərlik edib.

Bunu xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclasında çıxışında deyib.

Onun sözlərinə görə, münaqişələr və onların infrastruktur və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranının daha da dərinləşməsinə səbəb olur, sülh, dayanıqlılıq və inkişafa zərər verir.

Nazir qeyd edib ki, Bakıda COP konfransları tarixində ikinci dəfə olaraq Sülh, Yardım və Bərpa Günü təşkil olunub, həmçinin iqlim və sülh bağlantısına həsr olunmuş ilk tərəfdaşlığın əsası qoyulub.
Chosen
47
9
reyting.az

10Sources