EN

COP29-da iştirak edən maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirilib » AzadMedia.az



Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov COP29-da iştirak edən bir sıra ölkələrin maliyyə nazirliklərinin və beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti, qonaqpərvərli və peşəkarlığı qeyd olunub, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə əminlik ifadə olunub.

Sloveniyanın maliyyə maziri Klemen Boştjançiç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə nazirinin müavini Lord Livermor və Misirin planlama, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Rania Əl-Məşət ilə keçirilən görüşlərdə iqlim büdcəsinin tərtibi, iqlim hədəflərinə çatmaq üçün maliyyələşmə istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində olub, qeyd olunan sahələrdə qarşılıqlı təcrübə mübadilələrinin önəmi vurğulanıb.

Nazir Samir Şərifovun Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Beynəlxalaq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının rəhbəri Hayaşi Nobumitsu ilə keçirilən görüşlərində isə Azərbaycanda həyata keçirilən layihələrdə, o cümlədən nəqliyyat, dəmiryol, enerji, irriqasiya, Bakı şəhərində metro şəbəkəsinin inkişafı və digər layihələrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Chosen
80
6
azadmedia.az

7Sources