EN

Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynadığını təsdiqləyir- ÖZƏL

"Azərbaycanın yaşıl gündəliyinin və alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin ciddi perspektivləri var. Çünki bu sahədə də ölkəmizin böyük potensialı mövcuddur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib: "Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Eyni zamanda, Avropaya yaşıl enerjini ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsi üzrə işlər davam etdirilir. Bundan başqa, Naxçıvanın, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkəmizin yaşıl gündəliyinin perspektivindən xəbər verir. Bütün bunlar Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynadığını təsdiqləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
54
olaylar.az

1Sources