EN

“Bunlardan dərs çıxarmalıyam - Hələ gəncəm, karyeramın başındayam”

Azərbaycan komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, yığmamızın hücumçusu Musa Qurbanlı matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Artıq 5 gündür buradayıq, hər gün məşqlərimiz olur. Bu, bizim üçün çox vacib matçdır. Taktiki və mental cəhətdən oyuna köklənirik. Layiqli oyun göstərmək və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- D Liqasına yuvarlanmaq təhlükəsi var. Komandanın üzərində bunun təzyiqi hiss edilir?

- Əlbəttə ki, fərqindəyik. Oyunun nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik.

-Bu mövsüm qol vurmamısan. Səbəbi nədir?

- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Oynamağa təzə başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacam.

- Fernandu Santuş milliyə gələndən nəticələr dəyişmir, milli yenə uduzur. Dəyişən nəsə var?

- Hər məşqçinin öz fəlsəfəsi var. Fernandu Santuş böyük məşçidir. Bu, mənim onunla ilk toplanışımdır. Biz də onun fəlsəfəsinə alışmalıyıq. Bunu meydanda yüz faiz edəndən sonra nəticələr daha yaxşı olacaq.

- "Yurqorden" karyeran uğurlu alınmadı. Bunun təsiri üzərində qalıb?

- Əlbəttə ki, bunu normal qarşılayıram. Mental olaraq asan deyildi. Bilirdim ki, məndən gözləntilər böyükdür. Çalııram ki, bunu müsbət tərəfə aparım. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldır. Bunlardan dərs çıxarmaıyam. Hələ gəncəm, karyeramın başındayam. Düşünürəm ki, Avropada olmaq mənim üçün yaxşı təcrübə oldu. Çalışıram ki, gələcəkdə daha yaxşı olum.

- Hansı komanda ilə oynayırıqsa, deyirik ki, rəqibin bizdən güclüdür. Estoniya necə, onlar da bizdən üstündür?

- Xeyr, onları özümüzdən üstün hesab etmirik. Açığı, estonların hansı klublarda çıxış etdiyini heç bilmirəm. Oynadıqları klubların adını da bilmirəm.

Chosen
34
sportinfo.az

1Sources