EN

Qazaxıstan iqtisadiyyatı 4 faiz artıb

Bu ilin 9 ayının yekunlarına görə, Qazaxıstan iqtisadiyyatı 4 faiz artıb. Bu barədə Qazaxıstan Maliyyəçilərinin XII Konqresinin açılışında Milli Bankın sədri Timur Süleymenov məlumat verib. Xəbəri “Anadolu” verib. 

“9 ayın yekunlarına əsasən, Qazaxıstan iqtisadiyyatı 4% artıb. Hesab edirəm ki, bu, xüsusilə ötən ilki bazanın yüksək olduğunu nəzərə alsaq, yaxşı nəticədir. 2023-cü ildə biz 5,1% artım göstərdik ki, bu da son 10 ildə rekord göstərici idi. Ona görə də mən bu il 4% artımı kifayət qədər yaxşı və nikbin rəqəm hesab edirəm”, - deyə Süleymanov bildirib.

O qeyd edib ki, geosiyasi gərginlik, qlobal iqtisadi qeyri-sabitlik, bazarlarda yüksək volatillik, ticarət münasibətlərindəki dəyişikliklər və kapitalın yenidən bölüşdürülməsi səbəbindən dünya iqtisadiyyatı əhəmiyyətli risklərə məruz qalır ki, bu da öz növbəsində ölkələrin qarşısında iqtisadi strategiyaları nəzərdən keçirmək və yeni reallıqlara uyğunlaşmaq vəzifəsini qoyur. 

P.ƏMİRCANOV
XQ

Chosen
35
50
xalqqazeti.az

10Sources