EN

Afrikada ətraf mühitin çirkləndirilməsinə etiraz olaraq aksiya keçirilib

Noyabrın 15-də bir qrup iqlim fəalı Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Afrika qitəsində ətraf mühitin çirkləndirilməsi, böyük şirkətlərin ekoloji duruma neqativ təsiri, faydalı qazıntılardan əldə edilən gəlirin bir hissəsinin iqlim fəalkətlərinin bərpasına yönəldilməməsinə etiraz olaraq aksiya keçirib.

Aksiyada “Afrikaya diqqət yetirin!”, “Kredit yox, qrantlar!”, “İqlim maliyyəsi milyardlar yox, trilyon olmalıdır!”, “Karbon bazarına yox, adaptasiyaya ehtiyac var!”, “İnsan hüquqları bahasına kritik minerallar yoxdur!”, “Maliyyəyə diqqət edin!” şüarları qaldırılıb.

Chosen
30
turan.az

1Sources