EN

Xankəndi şəhərində zavod təsis edilib

İşğaldan azad edilmiş Xankəndi şəhərində yeni zavod yaradılıb.

Kommersant.az xəbər verir ki, bu, “Xankəndi Çörək Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Xankəndi Çörək Zavodu” noyabr ayının 5-də Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 1000 manat, rəhbəri isə Yasin Həsənli Adil oğludur.

Bununla belə, indiyə qədər bu şəhərdə “Xankəndi” Mehmanxana Kompleksi (direktoru: Hüseynov İlqar Orucəli oğlu), “Xankəndi Ticarət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (direktor: Əhməd Əliyev Məmməd oğlu) kimi şirkətlər təsis edilib.

Chosen
49
kommersant.az

1Sources