EN

Müharibə düyməsinə basılır?

Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülerin 13 noyabrda TV100 kanalında çıxışı Türkiyə ilə İsrail arasında gərginliyin artmasına diqqəti çəkib.

Gülerin sözlərinə görə, İsrail Türkiyəyə hücum edə bilər və buna görə də ölkə hər zaman müharibəyə hazır olmalıdır.

Türkiyə və İsrail arasında ənənəvi hərbi və strateji tərəfdaşlıq olub, amma son illər bu münasibətlərdə əhəmiyyətlisoyuqluq özünü göstərir. Bu vəziyyət yalnız regional münaqişələrdən deyil, həm də hər iki ölkənin daxili siyasi vəziyyətinin dəyişməsindən qaynaqlanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstində qanunsuz fəaliyyətlərdə,insan hüquqları pozuntuları və fələstinlilərə qarşı soyqırımı törətməkdə ittiham edir. Digər tərəfdən, İsrail Türkiyəni xüsusən də ölkənin ərəb dünyasında və müsəlman icmalarında artan təsiri səbəbindən regional rəqib kimi görür.

Qəzza zolağındakı gərginlik Türkiyə ilə İsrail arasında münasibətlərin pisləşməsinin əsas səbəbidir. Ərdoğan İsrailin bu əməliyyatlarının "böyük İsrail" layihəsinin bir hissəsi olduğunu deyir. Bunun nəticəsində Türkiyəyə qarşı da təhdidin yaranacağını deyir.

Türkiyə Qəzza münaqişəsini yalnız Fələstinlə bağlı bir məsələ kimi deyil, daha genişbeynəlxalq konflikt kimi görür və buna görə də bu məsələdə digər ölkələrin, xüsusilə İsrailin davranışlarını diqqətlə izləyir. Gülərin "Dünya müharibəsi birdən-birə başlaya bilər" fikri bu cür gərginliklərin böyüməsi və nəzarətdən çıxma təhlükəsinə işarə edir. Bu, həm də dünya müharibələrinin kiçik, amma strateji əhəmiyyətli hadisələrlə başladığını göstərən xəbərdarlıqdır.

Türkiyə rəsmiləri bildirirlər ki, ölkə "güclü bir kürəyə" sahib olmalıdır, yəni hər zaman güclü bir orduya və təhlükəsizlik siyasətinə ehtiyacı var.Türkiyə müharibə istəmədiyini də vurğulayır, lakin ölkə regional təhlükələrə qarşı daim hazır vəziyyətdədir. Bu yanaşma Türkiyənin həm daxili, həm də xarici siyasətində öz gücünü artırmasını,müharibə riski ilə bağlı hazırlıq işlərini əks etdirir.

Türkiyə İsrailin Suriya və Livanda təsirini artırmasına qarşı çıxır və bu cür fəaliyyətləri təhlükə sayır. Həmçinin, ABŞ-nin regiondakı hərbi və strateji siyasəti, xüsusilə İsrailləəlaqələr Türkiyənin narahatlığını artırır. Gülerin vurğuladığı kimi, Türkiyə bu təhdidləri diqqətlə qiymətləndirir və müvafiq hərbi hazırlıq planları hazırlayır.

“Nə ordusu, nə fiziki imkanı, nə də cəsarəti və niyyəti var"

Türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer “Cümhuriyət”-ə bildirib ki, İsrailin Türkiyəyə hücum etmə niyyəti yoxdur və heç vaxt olmayıb. Ekspert hesab edir ki, İsrailləgərginlik və problem isə danılmazdır:

"Bu səbəbdən hökumətin bu məsələyə dair müəyyən narahatlığı var. Türkiyə HƏMAS-ın hərbi- siyasi qanadını birbaşa dəstəkləyir. Bu səbəbdən İsrail ilə Türkiyə arasında ciddi bir gərginlik yaranıb. İsrail isəSuriyanın şimalındakı kürd quruluşuna birbaşa dəstək verir. Bir neçə gün əvvəl İsrailin bu mövzuda rəsmi açıqlamasında "Kürdlərlə işləməliyik" deyildi.

Şimali İraqdakı kürd quruluşları ilə də münasibətləri var. Buna görə də belə bir bəyanat verilib. Amma İsrailin Türkiyəyə hücum edəcək nə ordusu, nə fiziki imkanları, nə də cəsarəti və niyyəti var".

Engin Özerin fikrincə, milli müdafiə nazirinin belə açıqlaması tələskənlikdir:

"Türkiyə 85 milyonluq əhalisi ilə NATO üzvüdür, NATO-nun ikinci ən böyük ordusuna və Avropadakı ən böyük orduya sahibdir. Türk ordusu İsrail qarşısında rəqib deyil, İsrail ordusu da Türkiyəyə rəqib ola bilməz. Belə bir vəziyyət yoxdur. Nəzəri olaraq, əgər İsrail Türkiyəyə hücumu NATO-ya hücum deməkdir. İndi deyəcəklər ki, Qərb bloku müdafiə edər, amma hüquqi baxımdan belə bir vəziyyət mümkündür. Hökumət hazırda ciddi bir böhranın qarşısını almaq və kürdlərlə bağlı bir açıqlama vermək üçün addım atacaq.

Artıq Türkiyə Suriyanın şimalındakı kürd quruluşları ilə birbaşa əlaqəyə keçəcək. Bu, dolaylı olaraq tanıma deməkdir. Buna görə də daxildə İsrail təhdidi ilə bağlı bir görüntü yaradılır”.

“Bunlar Türkiyənin xoşuna gəlmir”

"İsraili tək düşünməmək lazımdır. İsraili dostları, siyasi və iqtisadi güc qrupları, lobbisi, ABŞ və Almaniya ilə birgə dəyərləndirmək lazımdır. Əlbəttə, İsrailin birbaşa Türkiyəyə qarşı konvensional, yəni quruda təhdid yaratması mümkün deyil.

Lakin xüsusilə raket sistemləri, təyyarələri və digər potensial hərbi təhdidləri var".

Bu sözləri isə Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan briqada generalı, hərbi ekspert Yücel Karauz deyib. Onun sözlərinə görə, siyasi və digər fəaliyyət baxımındanİsrailin Suriyadakı bölgəiçi qruplarla yaxın əməkdaşlıq etdiyi, onlara təlim, təşkilatlanma, silah və sursat təmin etdiyi məlumdur:

"Həmçinin, ABŞ kimi İsrail də bu bölgəçi terror qruplarını müttəfiq kimi qəbul edir. Bu baxımdan, Suriyadakı bölgəiçi terrorunhakim olması və İraqla birləşərək bir terror təşkilatı yaratmaq Türkiyə üçün çox ciddi bir təhdid və riskdir. Buna qarşı mütləq tədbir görülməlidir”.

Hərbi ekspert qeyd edib ki, İsrailTürkiyəyə qarşı heç bir pis niyyəti olmadığını, Türkiyənin onun üçüntəhdid yaratmadığını ifadə edir. Eyni zamanda, rəsmi Ankaranın təsir və maraq dairəsindəki coğrafiyada bölgəiçi terror fəaliyyətini dəstəkləyir, Suriyada və Livanda mövcudluğunu daimi etməyə çalışır:

"İsrailin genişlənməsi Türkiyə üçün uyğun olmayan davranışdır.

Buna görə də milli müdafiə nazirinin də qeyd etdiyi kimi, İsrailin hava qüvvələri, raketləri və uzunmənzilli olmasa da nüvə silahları Türkiyə üçün təhdid ola bilər. Lakin konvensional müharibə təcrübəsi, Qərbi Şəriyə və Qəzzadakı fəaliyyəti nəzərə alınarsa, dünyada səkkizinci, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyəyə qarşı İsrailin birbaşa təhdid yaratması mümkün deyil”.

Ekspert deyib ki, digər amillər nəzərə alınarsa, bu, bir ehtimaldır:

“İsrail Prezidenti "Türkiyəyə qarşı heç bir hədəfimiz yoxdur" desə də, yeni təyin edilmiş müdafiə naziri daxil olmaqla, rəsmilər xüsusilə Suriyadakı bölgəiçi terrorla bağlı fəaliyyətə çox həvəsli görünürlər. Həmçinin, Netanyahunun oğlu da davamlı olaraq Böyük İsrail xəritəsi paylaşır. Bunlar Türkiyənin xoşuna gəlmir”.

Chosen
24
1
turkustan.az

2Sources