EN

Musa Qurbanlı: Təhlükənin fərqindəyik

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.

Publika.az xəbər verir ki, yığmamızın hücumçusu Musa Qurbanlı matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Artıq 5 gündür buradayıq, hər gün məşqlərimiz olur. Bu, bizim üçün çox vacib matçdır. Taktiki və mental cəhətdən oyuna köklənirik. Layiqli oyun göstərmək və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- D Liqasına yuvarlanmaq təhlükəsi var. Komandanın üzərində bunun təzyiqi hiss edilir?

- Əlbəttə ki, təhlükənin fərqindəyik. Oyunun nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik.

- Bu mövsüm qol vurmamısan. Səbəbi nədir?

- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Oynamağa təzə başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacam.

Chosen
35
2
publika.az

9Sources