EN

Gürcüstan yenidən Bakı və İrəvana vasitəçilik təklif etdi

Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Gürcüstanın Birinci Kanalına müsahibəsində ölkənin baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstanda, məsələn, vasitəçi kimi və ya danışıqların təmin edilməsi prosesində daha da fəal iştirak etmək üçün maraq varsa, bbuna hazırdır. Bu hazırlıq indi də qüvvədədir. Əgər müvafiq maraq olarsa, biz iki qonşu ölkəyə öz köməyimizi və dəstəyimizi təklif etməyə hazırıq”, - Kobaxidze bildirib.

Xatırladaq ki, əvvəllər Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün bir neçə dəfə vasitəçi kimi çıxış edib. O cümlədən, Gürcüstanın vasitəçiliyi ilə 2021-ci ilin iyununda Azərbaycan Ermənistana 15 hərbi qulluqçu, İrəvan isə Bakıya minalanmış xəritələr göndərib. Vasitəçiliyin digər nümunəsi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun 2022-ci il iyulun 16-da Tbilisidə baş tutan görüşü olub.

2023-cü ilin oktyabrında ilk dəfə Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin üçtərəfli görüşü baş tutub.

"Cebheinfo.az"

Chosen
51
4
cebheinfo.az

5Sources