EN

İranda tanınmış hüquq müdafiəçisi intihar edib

İranda tanınmış insan haqları müdafiəçisi həbs edilən bəzi şəxslərin azadlığa buraxılması çağırışına cavab verilməməsi səbəbindən intihar edib.

“Cebheinfo.az” xəbər verir ki, Kiyanuş Səncarinin hündür bir binadan atlayaraq həyatına son qoyduğu təsdiqlənib.

Hüquq müdafiəçisi Səncari ölümündən əvvəl sosial şəbəkədə yazdığı paylaşımda İran rejiminə çağırış edib və 4 siyasi məhbusun azadlığa buraxılmasını tələb edib.

Səncari hökumətə noyabrın 15-i axşam saat 7-ə qədər vaxt verdiyini açıqlayıb.

Bu ilk yazısında o, “Əgər bu gün saat 19:00-a qədər Fatemə Səfəri, Nəsrin Şəkrami, Tumac Salehi və Ərşam Rizayi azadlığa buraxılmasa... Xameneyi və onun tərəfdaşlarının diktaturasına etiraz olaraq həyatıma son verəcəm” yazıb.

O, son yazısında bu müddət bitdikdən sonra iranlıların bir gün oyanıb köləliyə qalib gəlməsini arzuladığını qeyd edib.

Səncari “Etiraz etmək hər bir İran vətəndaşının haqqıdır. Heç kim öz fikrini ifadə etdiyi üçün həbs edilməməlidir”-deyib.

Qeyd edilir ki, Səncarinin azad edilməsini istədiyi dörd məhbus Məhsa Əmini etirazlarında iştirak etdikləri üçün mühakimə olunublar.

İranlı hüquq müdafiəçisi Hüseyn Runaği Səncarinin xatirəsini yad edərək “X” sosial şəbəkəsində “Kiyanuş Səncari sadəcə bir ad deyil, bu, illərin ağrı, müqavimət və azadlıq mübarizəsinin rəmzidir”, - deyə yazıb.

1999-2007-ci illərdə dəfələrlə həbs edilən Kiyanuş Səncari sonra İranı tərk edib. O, Norveçdən sığınacaq alıb. 

Daha sonra o, ABŞ-də yerləşən “Amerikanın Səsi” radiosunun fars xidmətində çalışıb. 2016-cı ildə anasına qulluq etmək üçün İrana qayıdıb və həbs olunub. O, 11 il müddətinə azadlıqdan məhrum edilərək siyasi məhbusların saxlandığı Evin həbsxanasında saxlanılıb. 

2019-cu ildə səhhəti ilə əlaqədar zaminə buraxılıb və daha sonra psixiatriya xəstəxanasına yerləşdirilib. 

Səncari  hökm oxunarkən ona elektrik cərəyanı verildiyini, çarpayıya zəncirləndiyini və bədəninə maddələr vurulduğunu deyib.

Chosen
29
cebheinfo.az

1Sources