EN

Tampın səhiyyə naziri postuna namizədi Kennedi: "Korrupsiyanın kökünü kəsəcəyəm"

Bu yaxınlarda ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp tərəfindən səhiyyə və humanitar xidmətlər naziri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini irəli sürüb.

 

Sfera.az xəbər verir ki, R.Kennedi isə bu departamentdə korrupsiyanın kökünü kəsmək üçün çalışacağını bildirib.

 

Kiçik Kennedi həmçinin qeyd edib ki, o, korporasiyaların departamentlərini “boğucu buluddan” azad edəcək.

 

Qeyd edək ki, əvvəllər Demokratlar Partiyasının üzvü olan kiçik Robert Kennedi son seçkilərdə müstəqil namizəd kimi öz namizədliyini irəli sürüb. Lakin daha sonra o, söz azadlığı və iqtisadi müstəqillik də daxil olmaqla bir sıra əsas məsələlərdə oxşar mövqeləri əsas gətirərək Trampı dəstəkləmək qərarına gəlib. Kennedi qeyd edib ki, onun bu qərarı Amerika dəyərlərinin dəyişdirilməsi və möhkəmlənməsinin zəruriliyinə inamı ilə bağlıdır. Bundan əlavə, o, Vaşinqtonda elitaların qərarların qəbuluna təsirinin azaldılmasına yönəlmiş siyasəti dəstəklədiyini bildirib.

 

Firuzə Əliyeva
 

Chosen
69
19
sfera.az

10Sources