EN

Həbsdə olan təbrizli qızdan xəbər yoxdur

İranda etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən qaçırılaraq Vəramin şəhərindəki Qərçəq zindanına aparılan təbrizli fəal və məcburi hicaba etirazçılarından olan 23 yaşlı Roşənək Mövlayinin vəziyyətindən hələ də xəbər yoxdur. 

Məlumata görə, gənc etirazçı motosikletli hökumət məmurunun zorakılığına qarşı çıxdığı videonu sosial media hesabında paylaşdıqdan sonra saxlanılıb. 

Daha öncə isə o, “İranda qadın olmaq” adlı video paylaşıb. Onun videosu ciddi reaksiyalara səbəb olub və qısa müddət sonra media hesabı silinib. Qeyd olunub ki, Roşənək Mövlayi dəfələrlə məcburi hicaba etiraz etdiyi üçün təhlükəsizlik qurumlarına da çağırılaraq dindirilib. 

"Cebheinfo.az"

Chosen
47
cebheinfo.az

1Sources