EN

CAREC transsərhəd layihələr üçün maliyyə vəsaitlərini səfərbər edə bilər - Yingming Yang

Bakı. Trend:

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC)transsərhəd layihələr üçün maliyyə vəsaitlərini səfərbər edəbilər.

Trend xəbər verir ki, bunuAsiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrəvitse-prezidenti Yingming Yang Mərkəzi Asiyada bərpa olunan enerjimənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə nazirlərdialoqu zamanı bildirib.

"Asiyada və Sakit okean regionunda etibarlı inkişaf tərəfdaşı vəiqlim bankı olaraq, AİB regional əməkdaşlığın təşkili istiqamətindədəstək göstərə bilər. Xüsusilə, AİB-in katiblik funksiyasını yerinəyetirdiyi CAREC proqramı mühüm rol oynaya bilər.

CAREC yüksək səviyyəli dialoqların aparılmasına və ölkələrarasında həm imkanların, həm də problemlərin həlli üçünəlaqələndirilmiş addımlar atılmasına platforma təmin edə bilər.Proqram transsərhəd layihələr üçün maliyyə vəsaitlərini səfərbəretmək, institusional və texniki imkanları gücləndirmək və regionalinfrastruktur sərmayələrinin effektiv və dayanıqlı olmasını təminetmək gücünə malikdir.

CAREC-in resurslarından və ekspert biliklərindən istifadəedərək, Mərkəzi Asiya ölkələri bərpa olunan enerji üzrə inteqrasiyaolunmuş və dayanıqlı bazarların yaradılmasını sürətləndirə bilər.Bundan əlavə, CAREC bilik və qabaqcıl təcrübənin mübadiləsinədəstək göstərə bilər", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
20
1
az.trend.az

2Sources