EN

“Yuventus” Poqbanın müqaviləsini ləğv edəcək

Bu gün “Yuventus” tərəflərin qarşılıqlı razılığı ilə yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə xitam verdiyini elan edəcək.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, əvvəllər Poqbanın daha “qoca sinyora”da oynamayacağı barədə məlumatlar var idi.

Həmçinin, qeyd olunur ki, Avropa və Səudiyyə Ərəbistanı klubları fransalı futbolçu ilə maraqlanır. Turin klubu ilə müqavilənin ləğvindən sonra Poqba ilə danışıqlara başlanılacaq.

Xatırladaq ki, İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, 31 yaşlı futbolçu 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malikdir və gələn ilin mart ayından oynaya bilər. Poqba cəza səbəbindən sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.

Maldini “Milan”a qayıda bilər

Enrike futbolçusundan narazıdır

Mutsinzi oynayıb, komandası məğlub olub

“Fənərbaxça”da yeni müqavilə

Dünya çempionatının kuboku təqdim olunub

Chosen
42
apasport.az

1Sources