EN

ABŞ hökuməti çip istehsalçısına 6,6 milyard dollar ayıracaq

Dünyanın aparıcı fərdi çip istehsalçısı Taiwan Semiconductor Manufacturing Company(TSMC) ölkədə yarımkeçirici komponentlərin istehsalına dəstək verən Chips Act.-a əsasən ABŞ hökumətindən 6,6 milyard dollara qədər maliyyə alacaq.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Ticarət Nazirliyi açıqlayıb.

Birbaşa maliyyələşdirmə ilə yanaşı, TSMC 5 milyard dollara qədər kredit götürə biləcək.
Maliyyələşdirmə Arizona ştatının Feniks şəhərində şirkətin 65 milyard dollardan çox sərmayə qoymağı planlaşdırdığı üç zavodun tikintisinə sərf olunacaq. Müəssisələr 5G/6G smartfonları, özünü idarə edən avtomobillər, yüksək performanslı hesablamalar və süni intellekt tətbiqləri üçün məntiq çipləri istehsal edəcək. Zavodların birincisi gələn il açılacaq.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2022-ci ildə qəbul edilən Chips Act. qanununu tənqid edib. Bloomberg xəbər verir ki, bir sıra şirkətlər onun vəzifəyə başlamasından əvvəl maliyyələşdirmə ilə bağlı razılığa gəlməyə tələsirlər. Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson jurnalistlərə onun partiyasının qanunun ləğvini tələb edəcəyini desə də, lakin sonra bu sözləri geri götürüb.

Musavat.com

Chosen
20
musavat.com

1Sources