EN

Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşdük. Ölkəmizlə əməkdaşlığın prioritetlərini nəzərdən keçirdik. İqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları istiqamətində səmərəli müzakirələrimiz oldu

Chosen
42
1
operativmedia.az

2Sources