EN

BAMF COP29-da növbəti yan tədbirini keçirib

Bu gün COP29 çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və “Sülhün Kökləri” təşkilatının təşkilatçılığı ilə “Sülhün, Torpağın və Ekosistemlərin Minatəmizləmə və Kənd Təsərrüfatı Vasitəsilə Bərpası" mövzusunda panel müzakirəsi baş tutub. Tədbirdə dünya miqyasında çirklənmiş, məhv olmuş torpaqların bərpası, sülhün gücləndirilməsi və münaqişədən təsirlənmiş icmaların reinteqrasiyası əsas müzakirə mövzusu olub. Azərbaycan Milli QHT Forumu Pavilyonunda keçirilən bu yan tədbir mina təhlükəsinin yalnız təhlükəsizlik deyil, həm də dayanıqlı inkişaf və ekoloji tarazlıq üçün ciddi təhdid olmasına vurğu edib.

İlk olaraq açılış nitqi ilə çıxış edən BAMF prezidenti Umud Mirzəyev minalarla çirklənmiş ərazilərdə təhlükəsizlik problem ilə yanaşı çox ciddi ekoloji təhdidin olmasını vurğulayıb: “Biz burada yalnız torpaqları minalardan təmizləmək haqqında danışmırıq; biz əslində o torpaqların gələcək nəsillərə sülh içində ötürülməsi haqqında danışırıq. Torpağın minalardan azad edilməsi, orada həyatın yenidən canlanması deməkdir – kənd təsərrüfatının inkişafı, əhalinin köçürülməsi, iqtisadi fəaliyyətin bərpası və yeni bir ekosistemin yaradılması deməkdir.”

Çıxışın sonunda Umud Mirzəyev tədbir iştirakçılarına və dəyərli qonaqlara təşəkkürünü bildirib:” Bu yolda bizimlə birgə çalışan və dəstək verən beynəlxalq tərəfdaşlarımıza təşəkkür edirəm. Ümid edirəm ki, bu gün burada müzakirə edəcəyimiz məsələlər və qəbul edəcəyimiz qərarlar gələcək nəsillərə təhlükəsiz, davamlı və bərpa edilmiş bir dünya bəxş etməyə xidmət edəcəkdir.”

Daha sonra BAMF-ın mina problemi və 18-ci DİM təşəbbüsü ilə bağlı hazırladığı video-çarx nümayiş etdirilib.Video təqdimatdan sonra söz alan BMT-nin QHT Bölməsinin rəhbəri Vuk Ji Çanq QHT-lərin sülh quruculuğundakı əvəzsiz rolunu vurğuladı və onların münaqişədən təsirlənmiş icmalarla birgə fəaliyyətinin və sülh quruculuğundakı əhəmiyyətli rolundan danışdı. O qeyd etdi ki, bu gün QHT-lər beynəlxalq dəstəyin yerli icmalara çatdırılmasında əsas vasitədir​.

“Mən regionun çətin münaqişə irsini eşitməkdən kədərlənirəm. Öyrəndim ki, burada hələ də 1,5 milyondan çox mina yerləşdirilib. Bu gün insanlar hələ də partlamamış hərbi sursatlardan və minalardan əziyyət çəkirlər - bu, cəmiyyətin təhlükəsizliyinə, iqtisadi dayanıqlığa və ətraf mühitin bərpasına davamlı təsirin açıq bir xatırlatmasıdır. Təəssüf ki, 2020-ci il noyabrın 10-dan etibarən 382 Azərbaycan vətəndaşı minaların qurbanı olub.” – deyə cənab Çanq bildirib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və Zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov isə çıxışında mina təmizləmə prosesinin ekosistemlərin və insan həyatının qorunmasında vacibliyindən danışıb: “Minaların və digər növ müharibənin partlayıcı qalıqlarının məhvi ilə humanitar minatəmizləmə əməliyyatları flora və faunanın təhlükəsizliyi təmin edir. Bu gün Azərbaycan 11 min kvadrat kilometrdən çox ərazisi ilə dünyada ən çox minalarla çirklənmiş ölkədir. 2020-ci ilin noyabr ayından etibarən ANAMA və ya digər minatəmizləmə təşkilatları tərəfindən 172 786 hektardan çox ərazi təmizlənib. Təmizlənən ərazilərin əksəriyyəti isə kənd təsərrüfatı, ekoloji zonalar və yaşayış sahələridir.”

ANAMA rəsmisinin çıxışından sonra isə “Sülhün kökləri” təşkilatının təsisçisi Haydi Kun özünün dünya miqyasında tanınan “Minalarda üzüm bağlarına” təşəbbüsünün icmalara təsirindən və genişlənən əhatə dairəsindən söz açıb. O, Azərbaycana səfərlərinin bir daha xatırlatdı ki, minalardan təmizlənmiş ərazilərdə üzüm bağlarının salınması təkcə iqtisadiyyatı canlandırmır, həm də insanların həyatına yeni ümidlər gətirir.

Çıxışçılar arasında, həmçinin, ANAMA yanında İctimai Şura Sədr Müavini Emil Həsənov, Beynəlxalq Bilik İqtisadiyyatı və Müəssisələrin İnkişafı Təşkilatının (IKED) sədri Tomas Anderson və Bərpa Olunan Enerji üzrə Ərəb Platformasının Prezidenti Kamel Esseghairi yer alıb.

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Chosen
10
2
turkustan.az

3Sources