EN

Psixi problem olan şəxs anasını amansızlıqla qətlə yetirdi

Paytaxtda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Qaradağ rayon sakini Kamran Şükürzadənin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynov sədrliyi ilə keçirilən prosesdə ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılaraq cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar çıxarılıb. İlk məhkəmə baxış iclası noyabrın 27-nə təyin edilib.

İstintaq müddətində araşdırmalarla müəyyən edilib ki, anasını öldürməkdə təqsirləndirilən Kamran Şükürzadə epilepsiya xəstəliyindən əziyyət çəkir. Onun himayəsində iki azyaşlı övladı var.

Qeyd edək ki, hadisə 2024-cü il iyulun 20-də saat 7 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində baş verib. 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Chosen
33
6
demokrat.az

7Sources