EN

PARLAMENT VƏ HÖKUMƏT BİNALARI ƏLƏ KEÇİRİLDİ

Abxaziyada etiraz aksiyası keçirən vətəndaşlar respublika parlamentinin, hökumətinin və prezident administrasiyasının binalarını ələ keçiriblər.

Tezadlar.az bu barədə “İnterfaks”-a istinadən xəbər verir.

Qeyd olunur ki, etirazçılar parlamentin girişində Rusiya və Abxaziya bayraqlarını asıblar.

Noyabrın 15-də Abxaziya parlamentində deputatlar Rusiya hüquqi şəxslərinin respublika ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya Federasiyası ilə sazişin ratifikasiyası məsələsinə baxmalı olan iclas keçirməli idilər. Müxalifət bu razılaşmanın yerli sakinlərin maraqlarına cavab vermədiyini hesab edərək bir neçə min nəfərin iştirakı ilə etiraz aksiyası təşkil edib.

Parlamentarilər sonda iclası ləğv ediblər, lakin etirazçılar bu qərarla kifayətlənməyiblər - onlar deputatların məsələyə baxmasını və müqavilənin ratifikasiyasının əleyhinə səs vermələrini istəyiblər.

Daha sonra etirazçılar parlament binasına soxularaq iclas zalını dağıdıblar. Bunun fonunda Abxaziya prezident administrasiyası qalmaqallı qanun layihəsini geri götürməyə hazırlaşdıqlarını açıqlayıb.

E.ŞİRİNOV

 

Chosen
44
1
tezadlar.az

3Sources