EN

Ukrayna müharibəsinin Rusiya üçün dəhşətli nəticələri - "Foreign Policy"

"Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlmək üçün resurslara malik olması barədə deyilənlər reallığa uyğun gəlmir. Rusiya bir sıra iqtisadi səbəblərə görə müharibəni asanlıqla bitirə bilməyəcək".

Ölkə.Az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı yazır.

Nəşrin yazdığına görə, Rusiyanın hərbi iqtisadiyyatı dalana doğru gedir.

“Rəsmi məlumatların həm müharibənin, həm də sanksiyaların yaratdığı ciddi iqtisadi çətinliklər özünü açıq şəkildə büruzə verməkdədir. Artıq döyüş meydanı Rusiyanın Ukraynada istifadə etdiyi bütün artilleriya mərmilərinin təxminən yarısı 2025-ci ilin ikinci yarısında Rusiya bir neçə kateqoriyadan olan silahların ciddi çatışmazlığı ilə üzləşəcək.
Rusiya əsas silah sistemləri tükənməyə başladığı 2025-ci ilin sonundan etibarən müharibəni davam etdirə bilməyəcək. 

Jurnal yazır ki, digər tərəfdən hərbi sahəyə diqqət yetirildiyindən Rusiya iqtisadiyyatı uzunmüddətli perspektivə tab gətirə bilməyəcək. 

"Ukraynada genişmiqyaslı hərbi əməliyyatların dayandırılması, Qərbin Rusiya ilə problemlərinə son qoymayacaq. Rusiyanın nəhəng hərbi sektoru Kremli qonşu dövlətlərdən icarə haqqı almaq üçün hərbi qüvvələrindən istifadə etməyə sövq edir. Alternativlər Putin rejimi üçün ekzistensial təhlükələr yaradır. Rusiyanın müharibəsini necə bitirməsindən asılı olmayaraq, ölkənin iqtisadi reallıqları Avropa üçün yeni qeyri-müəyyənlik formaları yaradacaq”, -nəşr yazır. 

Mürtəza
Ölkə.Az

Chosen
47
olke.az

1Sources