EN

İsrail terror təşkilatı PKK/YPG-yə dəstəyini gizlətmir

Suriyada terror təşkilatı PKK/YPG-yə dəstəyini gizlətməyən İsrail bunu ən yüksək səviyyədə dilə gətirir.

Son olaraq qatil Netanyahunun yeni xarici işlər naziri Gideon Saar terror təşkilatı PKK/YPG-nin İsrailin dostu olduğu mesajını verib.

İsrail nazirinin qanlı terror təşkilatını “Onlar bizim təbii müttəfiqimizdir” deməsindən bir neçə gün sonra İsrail və PKK tərəfdarları Türkiyə əleyhinə onlayn panel təşkil ediblər.

İclasda terrorçu tərəfdarlar tərəfindən bölgədəki terror qruplarının İsrailin təbii müttəfiqləri olduğu bildirilib.

İsrailin təhlükəsizliyi üçün Suriyanın şimalında bir terror dövlətinə ehtiyacı olduğu iddia edilib.

Qalmaqallı açıqlamaların yer aldığı paneldə PKK-nın qeyri-hökumət təşkilatı adı altında yəhudi qeyri-hökumət təşkilatları vasitəsilə terror təşkilatları siyahısından çıxarılmasına cəhd ediləcəyi də bildirilib.

İsrailin öz çirkin məqsədlərinə çatmaq üçün də İsrailin Türkiyəyə qarşı hərbi, iqtisadi, logistik və diplomatik dəstək verməsinin vacibliyi irəli sürülüb.

Tədbirdə həmçinin ABŞ-ın Suriyada qalmağa davam etməsinin vacibliyi də bildirilib.

Qatil İsrailin müharibəni bölgəyə yayma cəhdləri Türkiyə tərəfindən uzun müddətdir diqqətlə izlənilir.

Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamalarında İsrailə qarşı təhlükənin nağıl olmadığını bildirib.

Sözügedən panel bu təhlükənin reallığını bir daha ortaya qoydu.



Chosen
110
18
trt.net.tr

8Sources