EN

Aşiq Namiq atasının ölümündə ittiham etdiyi həkimi bağışladı: "Əlində "Quran" gəldi..."

Aşiq Namiq Fərhadoğlu atasının ölümündə ittiham etdiyi həkimi bağışlayıb. 

Paralel.az xəbər verir ki, o, Pravda.az-a açıqlamasında həkimin adını açıqlamaq istəməyib.

“Atamı bu gün dəfn etdik. Mən şou istəmirəm. Həkim dünən əlində “Quran” gəldi, and içdi ki, istəyirsən, məni öldür, amma günahım yoxdur, normal müalicə etmişəm, atanız 15-16 gün də yaşayıb. Mən də hacı, kərbəlayiyəm, Allaha, “Quran”a inanan adamam. Həkimi bağışladım. Ekspertiziya, prokurorluğa yazdırmadıq. Evdəkilər də xahiş etdilər ki, yazdırmayaq. Düşmən qazanan adam deyiləm. Hamı bilir. Balalarının canına and içdi ki, səhv deyirəmsə...  İnsanıq də. “Quran”ın iki başı var, kim yalandan and içirsə, Allah cəzasını verəcək. Allaha qurban olum...” - o bildirib.

Qeyd: Bir müddət öncə atasını xəstəxanaya yerləşdirən Namiq Fərhadoğlu onun həkim məsliyyətsizliyi ucbatından vəfat etdiyini bildirmişdi. 

Chosen
33
5
paralel.az

6Sources