EN

Narkotik satan tiktokerin məhkəməsi keçirildi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Zeynəb Ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib.

Avtosfer.az "Unikal"a istinadla xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmədə polis əməkdaşı şahid kimi ifadə verib.

Hadisə vaxtı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsində təhqiqatçı işləmiş, hazırda Yasamal Rayon Polisi İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqatçı vəzifəsində işləyən şəxs ifadə verərək bildirib ki, Zeynəb Tapdıq qızı Ən-Nəimən saxlanıldıqdan sonra onun həyat yoldaşının ərəb olduğu müəyyənləşib:

"Bütün prosessual hərəkətləri aparmışam, saxlanılan şəxsə hüquqları izah olunub. Evindən 77 ədəd metadon həbi götürülüb, ekspertizaya göndərilib".

Məhkəmə prosesi noyabrın 29-na kimi təxirə salınıb.

Onu da qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.

Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.

Chosen
49
5
avtosfer.az

6Sources