EN

Cüdoçularımızdan 4 medal

Bu gün Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbayca yığması 4 medal qazanıb.

Qadınlar arasında Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq) və Aytac Qardaşxanlı (63 kq) tatamiyə çıxıblar. Onlardan ikisi finala yüksəlib. Fidan həlledici görüşdə Nino Loladzeyə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Amma Aydan Vəliyeva eyni uğuru təkrarlaya bilməyib. Cüdoçumuz finalda Ayumi Leyva Sançesə (İspaniya) uduzub.

Kişilər arasında isə Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rüfət Şövlətov və Əbil Yusubov (hər ikisi 73 kq) güclərini sınayıblar. Hüseyn bütün rəqiblərinə qalib gələrək Avropa çempionatında ən yüksək nəticəyə imza atıb. Allahyarov finalda yerli cüdoçu Yakub Kurovskiyə qalib gəlib.

Rüfət Şövlətov (73 kq) bürünc uğrunda güləşib. O, Dimitar Qospadinova (Bolqarıstan) qalib gələrək, 3-cü yeri tutub.

Qeyd edək ki, noyabrın 17-dək davam edəcək yarışda Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.

Cüdoçumuz 2 illik diskvalifikasiya olunub

Daha bir veteran cüdoçumuz qızıl medal qazanıb

Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər

Hacıyev 8-ci pillədə

Cüdoçularımız dünya kata çempionatında iştirak edəcəklər

Chosen
48
apasport.az

1Sources