EN

Abxaziyada parlamentə girməyə çalışan etirazçılara müdaxilə edilib

Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Abxaziyada oktyabrın 30-da Rusiya ilə imzalanan investisiya müqaviləsinə reaksiyalar davam edir.

Müxalifətin başçılıq etdiyi çoxlu sayda etirazçı sazişin təsdiq üçün deputatlara təqdim olunacağı Abxaziya parlamentinin qarşısına toplaşıb.

Təhlükəsizlik qüvvələrinin tədbirinə baxmayaraq parlamentə daxil olmaq istəyən etirazçılar dəmir barmaqlıqları dağıtmağa çalışıblar.

Etirazçıları dağıtmaq istəyən təhlükəsizlik qüvvələri gözyaşardıcı qazla müdaxilə edib.

Parlament qarşısında gərginlik artdığından investisiya sazişinin səsə qoyulacağı iclas təxirə salınıb.

Chosen
62
aznews.az

1Sources