EN

COP29 çərçivəsində Azərbaycana gələn xarici jurnalistlər nadir eksponatlarla tanış olublar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COP29 çərçivəsində Azərbaycanda olan xarici jurnalistlər noyabrın 15-də Bakıda tarixi, mədəni və nadir eksponatlarla tanış olublar.
Oxu.Az xəbər verir ki, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə xarici media nümayəndələri ilk olaraq Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Xarici jurnalistlər muzeyin ekspozisiyası, müxtəlif arxeoloji, etnoqrafik materiallar və eksponatlarla yaxından tanış olublar.
Daha sonra Heydər Əliyev Mərkəzində olan xarici media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. "Azərbaycan inciləri" sərgisi ilə də tanış olan qonaqlara burada Azərbaycanın təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib.
Sonda XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı və tarixi ilə zəngin, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər ziyarət olunub.
Burada jurnalistlərə qeyri-adi memarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksi də daxil olmaqla İçərişəhərin qədim küçələri və abidələri barədə geniş məlumat verilib.
Chosen
41
oxu.az

1Sources