Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlib.
OLAY yazır ki, təcrübəli mütəxəssis “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.

