Bu gün günorta saatlarında COP29 keçirilən məkanda bir neçə etirazçı davranış kodeksini pozub. Manset.az Report-a istinadən xəbər verir ki, bir neçə etirazçı Yaşıl Zonada müəyyən edilmiş qaydalara zidd hərəkət edib və davranış kodeksini pozub. Etirazçılar binadan kənarlaşdırılıb və dərhal sərbəst buraxılıblar.