EN

Etirazçılar Abxaziya prezidentinə ultimatum veriblər » AzadMedia.az


Abxaziya müxalifəti ölkə prezidenti Aslan Bjaniyadan bir saat ərzində istefa verməsini tələb edib. Bu barədə TASS məlumat yayıb.
Müxalifətin nümayəndəsi Levan Mikaa belə bir ultimatum verib.

“Biz geri çəkilmirik, ona vaxt veririk. Əgər getməsə, gedək onun olduğu yerə. Biz bu ultimatumla adamları onun yanına göndərdik”, - deyə o bildirib.
Eyni zamanda, “Sputnik Abxaziya” xəbər verir ki, Bjaniya vəzifəsini tərk etməkdən imtina edərsə, etirazçılar siyasətçinin hazırda olduğu Daxili İşlər Nazirliyinin binasına gedəcəklərini vəd edirlər.
Bundan əvvəl Abxaziyada hökumət əleyhinə etirazlar başlayıb, buna səbəb Rusiya ilə investisiya sazişi haqqında qanunun ratifikasiyası cəhdi olub.
Chosen
25
4
azadmedia.az

5Sources