EN

Türk dövlətləri yaşıl transformasiyada güclərini birləşdirirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr yaşıl transformasiya yolunda mühüm addım atıblar".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu deyib.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir araya gələn TDT ölkələrinin iqtisadiyyat və ticarətdən məsul nazirləri, ətraf mühit, rəqəmsal iqtisadiyyat və inkişaf məsələlərində əməkdaşlığı artırmaq qərarına gəliblər.
Tuzcu TDT ölkələrinin siyasətlərini yaşıl transformasiyaya uyğunlaşdıracaqlarını və bu sahədəki təcrübələrini bölüşəcəklərini vurğulayıb. O, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə maliyyə resurslarına çıxış üçün birgə fəaliyyətlər həyata keçirəcəklərini bildirib.
"Türkiyənin Gömrük Birliyi və Aİ-nin yaşıl transformasiya qanunvericiliyindən qaynaqlanan ciddi təcrübə toplusu var. Bu təcrübəni qardaş ölkələrlə bölüşmək istəyirik", - Tuzcu bildirib.
O, TDT ölkələri arasındakı əməkdaşlığın digər beynəlxalq təşkilatlara nümunə olmasını gözlədiklərini də ifadə edib.
Chosen
132
46
oxu.az

10Sources