EN

Bu gün millimiz Estoniya ilə qarşılaşacaq

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gələcək.

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Estoniya isə 3 xalla üçüncüdür.

Bu yığmalar arasındakı ilk oyun estonların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr

18:00. Azərbaycan - Estoniya

Baş hakim: Con Biton (Şotlandiya)

Qəbələ şəhər stadionu


Mənbə: unikal.az

Chosen
34
38
unikal.az

10Sources