EN

Dənizə çıxışı olmayan ölkələrin maliyyələşdirilməsi artırılmalıdır - Yalçın Rəfiyev

Bakı. Trend:

Dənizə çıxışı olmayan ölkələr (LLDCs) iqlim və iqtisadiçağırışların öhdəsindən gəlmək üçün beynəlxalq əməkdaşlığıngücləndirilməsinə, maliyyələşdirmənin artırılmasına vəinfrastrukturun genişləndirilməsinə ehtiyac duyur.

Trend xəbər verir ki, bunuCOP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirininmüavini Yalçın Rəfiyev “Dənizə çıxışı olmayan ölkələrdə (LLDCs)iqlim dəyişikliyinə davamlılığın artırılması və dayanıqlı inkişafatöhfə: çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirdədeyib.

“Bu gün biz LLDCs-in iqlim və iqtisadi çağırışlarının necəöhdəsindən gələcəklərini müzakirə etmək üçün əsas maraqlı tərəfləribir araya toplayırıq. Azərbaycan da bir çox LLDCs kimi limanlarabirbaşa çıxışın olmaması ilə əlaqədar iqtisadi məhdudiyyətlər,yüksək nəqliyyat xərcləri, malların daşınmasında gecikmələr vətranzit ölkələrdə siyasi və iqtisadi qeyri-sabitlik kimiproblemlərlə üzləşir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, iqlim dəyişikliyi LLDCs-in qlobaltullantılara minimal töhfə verməsinə baxmayaraq, əlavə təhlükələryaradır.

“LLDCs iqlim dəyişikliyi qarşısında xüsusilə həssasdır. Onlarquraqlıqlar, daşqınlar, buzlaqların əriməsi və digər fəlakətlərləüzləşir, lakin onların institusional, texniki və maliyyə imkanlarıməhduddur. Bu isə iqlim çağırışlarına uyğunlaşmaq və effektiv cavabtədbirləri görmək imkanlarını məhdudlaşdırır”, - deyə Y.Rəfiyevəlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
23
1
az.trend.az

2Sources