EN

YAP nümayəndə heyəti Çində

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində noyabrın 15-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin Altıncı Departamentinin direktoru xanım Van Min ilə görüş keçirilib.

Görüşdə Van Min strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Çin–Azərbaycan münasibətlərinin nümunəvi xarakter daşıdığını, ölkələr və partiyalararası çoxşaxəli əlaqələrin müsbət dinamikaya malik olduğunu və parlaq perspektivlər vəd etdiyini bildirib.

Tahir Budaqov Azərbaycan ilə Çinin diplomatik əlaqələrinin mövcud olduğu 30 ildən artıq müddətdə ikitərəfli qaydada və beynəlxalq platformalar çərçivəsində münasibətlərin uğurla inkişaf etdiyini, əhəmiyyətli nailiyyətlər qazanıldığını söyləyib. O, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı və ədalətli mövqeyinə birmənalı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Həmin gün YAP nümayəndə heyəti “Qlobal sivilizasiya təşəbbüsünün həyata keçirilməsi” mövzusunda keçirilən tədbirdə də iştirak edib.

XQ

Chosen
109
xalqqazeti.az

1Sources