EN

"Bu il sülh reallaşmayacaq"- Politoloqdan AÇIQLAMA

Ermənistan mətbuatında belə bir fikir var idi ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistan tərəfi Azərbaycana təkliflər göndərib. Azərbaycan tərəfi isə hələ buna reaksiya veeməyib.

Politoloq Əli Mustafa bunu News365.az-a açıqlamasında deyib. 

"Paşinyanın sərsəm lahiyəsi var “sülh kəsişməsi” bu konteksi deyir, amma söhbət burda Zəngəzurdan və digər məsələlərdən gedir. Hər halda müzakirə ediləcək məsələlər var. Ermənistan COP29-da iştirak etmədi. Ola bilsin faydalanmaq imkanları alınmadı deyə düşündülər ki, gəlməyinə dəyməz. Amma tək bu da deyil. Yəqin ki, Fransanın, başqa dostlarının da böyük ehtimalla mümükündür ki, boykot kompaniyasına qatıldılar.

Politoloq eyni zamanda sülh müqaviləsinin tezliklə  imzalanmayacağını bildirir:

"Bütün bunlara baxmayaraq Azərbaycan və Ermənistan arasında bu qənaətdəyəm ki, müəyyən münasibətlər var.  Sülh sazişinin tezliklə imzalanmasını gözləmirəm. Mənə elə gəlir ki, bu il reallaşmayacaq. Amma münasibətlər davam edir."- deyə bildirib. 

News365.az

Chosen
40
news365.az

1Sources