EN

Polşa XİN Varşavada Ukrayna ilə bağlı “vacib danışıqların” anonsunu verib

Gələn həftə Varşavada Ukrayna ilə bağlı “Weimar Triangle Plus” formatında görüş baş tutacaq...

Poliqon xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. Sikorski Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında baş tutan telefon danışığını belə şərh edib. Nazirin sözlərinə görə, bu görüşdə Ukrayna ilə bağlı “ən mühüm danışıqlar” baş tutacaq.

“Varşava bu böhranla bağlı ən mühüm danışıqların yeri olacaq”, deyə Sikorski jurnalistlərə bildirib. Nazir qeyd edib ki, Şolts Putinlə söhbətində Polşa ilə üst-üstə düşən mövqe ortaya qoyub. Ümumi anlayışa görə, Ukrayna ilə bağlı qərarlar Kiyevin iştirakı olmadan qəbul edilə bilməz.

“Veymar üçbucağı” formatında keçiriləcək görüşdə Fransa və Almaniyanın xarici işlər nazirləri ilə yanaşı, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və Avropa diplomatiyasının yeni rəhbəri Kaja Kallas da iştirak edəcək.

Qeyd edək ki, dünən Rusiya prezidenti ilə Almaniya kansleri arasında söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Şolts münaqişənin dayandırılmasının zəruriliyindən danışıb və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına və danışıqlara başlanılmasına çağırıb. Putin isə deyib ki, Moskva heç vaxt danışıqları bərpa etməkdən imtina etməyib və Rusiyanın tələblərini xatırladıb.

Poliqon.info

Chosen
44
23
poliqon.info

10Sources