
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb. 39 yaşlı hücumçu UEFA Millətlər Liqasında Polşa ilə matçdan (5:1) sonra xarici KİV-lərə açıqlamasında qeyd edib ki, hələ də futboldan həzz almaq istəyir.
SİTAT: "Mən, sadəcə, həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam".
Mətləb