EN

Conson Şoltsla Putinin telefon danışığını tənqid edib

Böyük Britaniyanın keçmiş baş naziri Putinlə Şolts arasındakı söhbətdə “Normandiya formatı”nın əlamətlərini görüb...

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığında “Normand formatı”nın yenidən yaradılmasının əlamətlərini görüb.

Poliqon xəbər verir ki, bu barədə sabiq baş nazirin X sosial şəbəkəsindəki hesabında müvafiq məzmunlu yazı yayılıb.

“Bizim Rusiya və Ukraynanı arasındakı rbərabərhüquqlu tərəfdaşlar hesab edən “Normandiya formatı”na qayıtmaq riskimiz var”, deyə Consonun bəyanatında bildirilir.

Eyni zamanda, Böyük Britaniya hökumətinin keçmiş rəhbəri bu dialoq formatını “dəhşətli” adlandırıb.

Conson belə danışıqların başlanmasının “reallığa biabırçı xəyanət” olacağına əmin olduğunu qeyd edib. Conson Moskva ilə dialoqdan imtina etməyə çağırıb, əvəzində Kiyevin mövqeyinin genişmiqyaslı möhkəmlənməsinə diqqət yetirib.

Poliqon.info

Chosen
40
poliqon.info

1Sources