EN

Yunanıstan Türkiyə ilə müharibəyə hazırlaşır: İsraillə danışıqlar başladı

Yunanıstanın müdafiə naziri Nikos Dendiasın ölkədə silahlı qüvvələrin yenidən qurulması planı ilə bağlı məlumat vermişdik. Bu planlar çərçivəsində Yunanıstanın İsraillə “Dəmir qübbə”yə bənzər sistem hazırlamaq üçün danışıqlara başladığı iddia edilir.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Egey və Aralıq dənizində Türkiyə ilə silahlanma yarışına girən Yunanıstan İsrailə üz tutub. Belə ki, Yunanıstan Silahlı Qüvvələrinin yenidən qurulması planı çərçivəsində İsraillə 2 milyard avro dəyərində zenit və raketdən müdafiə qübbəsinin hazırlanması üçün danışıqlar aparıldığı iddia edilir.

Bildirilir ki, 2 milyard avroluq sistem qısa və uzaq mənzilli raketlərlə İHA-ların qarşısını almaq üçün istifadə olunacaq. Yunanıstan həm də ABŞ-dan 40 ədəd F-35 döyüş təyyarəsi və pilotsuz uçuş aparatı alacaq.

Ancaq bu alışların dəyəri böyük olacaq. Yunanıstan hökuməti 2035-ci ilə qədər silahlı qüvvələrini modernləşdirmək üçün 12,8 milyard avro xərcləməlidir.

Chosen
19
publika.az

1Sources