EN

Bəydən gəlinə qeyri-adi hədiyyə: 1 milyon... - Video

Filippinlərdə baş tutan toy mərasimində bəy gəlinə verdiyi hədiyyə ilə hər kəsi təəccübləndirib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bəy gəlininin boynuna 1 milyon peso (17 min dollar) dəyərində əskinaslardan ibarət boyunbağı taxıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə bəyin çamadanından xalça boyda əskinasları çıxararaq gəlinin boynuna taxması öz əksini tapıb.

Daha sonra cütlük rəqs etməyə başlayıb.

Filippində “pul rəqsi” kimi tanınan bu ənənəyə görə, gəlinlə bəy ilk rəqs edərkən gəlinə pul verilir.

Ənənəyə görə, cütlər müxtəlif üsullar tətbiq edə bilərlər. Bəzi toylarda ailə üzvləri rəqs edən cütlüyə pul bağlayır, bəzilərində isə bu misalda olduğu kimi daha təmtəraqlı təqdimatlara üstünlük verilir.

Dünyada sürprizlə qarşılanan bu ənənə Filippində evli cütlüklərə maddi dəstək vermənin ənənəvi yolu kimi qiymətləndirilir. 

Video sosial şəbəkələrdə böyük marağa səbəb olub, 41,2 milyon baxış və 4,8 milyon bəyənmə toplayıb.

Billurə
 

Chosen
32
4
olke.az

5Sources