EN

"COP29-da qəbul edilən qərarlar qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək"

COP29 çərçivəsində qəbul edilən qərarlar milli, regional və qlobal əməkdaşlıq mexanizminin formalaşmasına kömək edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Tacikistan Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündəki "İqlim dəyişikliyinin real təsirini anlamaq" adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinə qarşı həssas qalan Tacikistanın dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda ciddi maneələr var:

"Buna əsas səbəb buzlaqların sürətlə əriməsidir. Bərpaolunan enerji resursları və yaşıl enerjidən istifadə mütləqdir. Bunlardan səmərəli istifadə ilə istixana qazlarının azaldılması baxımından səmərəli nəticə əldə edilə bilər. 2032-37-ci ilə qədər Tacikistan enerji istehsalını bərpaolunan enerji ilə əvəzləmək və tamamilə yaşıl ölkəyə çevirmək niyyətindədir. Ölkədə elektrik enerjisinin təxminən 98 %-i su elektrik enerjisindən istifadə ilə alınır".


Müəllif: Tapdıq Qurbanlı
Chosen
22
43
teleqraf.com

10Sources