17 yaşadək futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək.
"Football-plus az" xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Yunanıstan yığması ilə üz-üzə gələcək. Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.
Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub.