EN

Albaniya enerji keçidinə xüsusi əhəmiyyət verir - Parlament sədri

Bakı. Trend:

Albaniya enerji keçidinə emissiyaların azaldılması üzrə əsasfaktor kimi xüsusi əhəmiyyət verir.

Trend xəbər verir ki, bunuAlbaniya parlamentinin sədri Elisa Spiropali COP29 çərçivəsindəAzərbaycan Respublikasının Milli Məclisi və Parlamentlərarasıİttifaq (IPU) tərəfindən birgə təşkil edilən Parlament görüşününtərkib hissəsi olan “Zəminin hazırlanması: iqlim dəyişikliyininreal təsirini anlamaq” sessiyasında deyib. TədbirdəParlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, MilliMəclisin deputatı Sevil Mikayılova iştirak edir.

“Ölkənin istehsal fəaliyyəti 100 faiz bərpa olunan enerjimənbələrinə əsaslanır. Enerji göstəricilərimizi diversifikasiyaetmək və gücləndirmək məqsədilə transformasiya planının icrasınabaşladıq.

Uzunmüddətli strategiyamız günəş və külək enerjisi, həmçinin,hidroenergetika üzərində dayanaraq bərpa olunan enerji mənbələriningücünü artırmağı nəzərdə tutur.

2023-cü ildə Albaniya mühüm bir mərhələyə nail oldu vəhidroenergetika hesabına ölkə daxilində istehsal olunan enerjininxalis ixracatçısına çevrildi”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Chosen
47
1
az.trend.az

2Sources