Azərbaycanda iki kollecə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təyinat olub.
SeherXeber.org xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, Mirvari Ağayeva Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, Ülviyyə Nəzərova isə İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.