EN

“Süni intellekt və yeni texnologiyalar: İnnovasiya ilə dayanıqlı gələcəyin gücləndirilməsi” -Panel müzakirə

Yaşıl Zonada “Süni intellekt və yeni texnologiyalar: İnnovasiya ilə dayanıqlı gələcəyin gücləndirilməsi” mövzusunda panel müzakirə keçirilib.

Tədbirdə “Azərsun” Holdinqin İdarə Heyətinin üzvü və Dayanıqlılıq üzrə baş direkor Nailə Mehrabova, “Sustainera Solutions”un qurucusu və icraçı direktoru İlkin Hacı, “Viswanath” konsaltinq MMC-nin təmsilçisi Şoba Visvanat, “Faba International”ın dayanıqlılıq üzrə müşaviri Melika Yazdjerdi, Faba Sİ və İT layihsinin meneceri Enes Tekin, “Faba”nın baş Sİ və İT tərtibatçısı Əsrəf Faruk Yel çıxış ediblər.

Bu paneldə müzakirələrdə iqlim problemləri ilə mübarizədə və qlobal dayanıqlılığın artırılmasında süni intellektin və inkişaf etməkdə olan texnologiyaların transformativ rolu araşdırılıb. Texnologiyalar bizneslərin, hökumətlərin və fərdlərin məsuliyyətli resurs idarəçiliyinə yanaşma tərzini yenidən formalaşdırdığı bir vaxtda, müzakirələr resurs səmərəliliyini artırmaq, tullantıları minimuma endirmək və aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirmək baxımından süni intellektin misilsiz potensialına yönəldilib. “Azersun” “FABA International” ilə tərəfdaşlıq əsasında hazırlanmış, süni intellekt əsasında işləyən iki innovativ platformanın istifadəyə verilməsi ilə dayanıqlılığa əsaslanan innovasiyalarda irəliyə doğru böyük addım atır. Bu ayrı həllər (fiziki şəxslər üçün Eco19 və Müəssisələr üçün Eco19) istifadəçilərə resursların bölüşdürülməsini optimallaşdırmaq, tullantıları azaltmaq və dairəvi iqtisadiyyatı təmin etmək imkanı yaratmaq üçün nəzərdə tutulub. Bu iki proqram platformanın istifadəyə verilməsi dayanıqlılığa xidmət edən texnologiyalarla bağlı növbəti təkamülü nümayiş etdirir və təkmilləşdirilmiş süni intellektin məlumatları ətraf mühitə təsiri azaldan və məsuliyyətli istehlakı dəstəkləyən praktiki strategiyalara necə çevirə biləcəyini göstərir.

Fərdi şəxs üçün Eco19: Gündəlik dayanıqlılıq qəhrəmanları üçün nəzərdə tutulmuş istifadəçi dostu mobil proqram. Tətbiq istifadəçilərə ətraf mühitə təsirlərini izləməyə kömək edir, dayanıqlı yaşayış üçün fərdi məsləhətlər təklif edir və ekoloji cəhətdən təmiz mallar üçün icma bazarı təmin edir. İstifadəçilər asanlıqla öz karbon “izləri”ni izləyə, tullantıların azaldılması üçün təkliflər ala və dayanıqlılıq yolunda həmfikiri ilə əlaqə saxlaya bilərlər. Tətbiq ətraf mühit qavramını gündəlik eko-çağırışlar və dayanıqlılıq nailiyyətləri kimi sadə xüsusiyyətlər vasitəsilə əlçatan və cəlbedici edir.

Müəssisə üçün Eco19: Bizneslərə dayanıqlılıq səylərini dəyişdirməyə kömək edən hərtərəfli veb platforma. O, şirkətlərə ətraf mühitə təsirlərini izləmək, resursları səmərəli şəkildə idarə etmək və işçiləri dayanıqlılıq təşəbbüslərinə cəlb etmək üçün intuitiv alətlər təklif edir. Platforma şirkət miqyasında dayanıqlılıq göstəricilərinin monitorinqi, ekoloji hesabatların yaradılması və tullantıların azaldılması strategiyalarının həyata keçirilməsi üçün funksiyaları ehtiva edir. O, korporativ dayanıqlılığın idarə edilməsi ilə bağlı mürəkkəb tapşırığı aydın, icra edilə bilən addımlara qədər sadələşdirir. Hər iki platforma “Azersun”un dayanıqlılığı hamı üçün əlçatan və praktik etmək öhdəliyini nümayiş etdirir. Smart texnologiyanı istifadəçi dostu dizaynla birləşdirərək, bu həllər həm fərdlərin, həm də müəssisələrin ətraf mühit üçün məqsədyönlü tədbirlər görməsini asanlaşdırır. Bu təşəbbüs istifadəçilərə daha dayanıqlı gələcək qurmaqda real fərq yaratmağa kömək edən praktik alətlər təklif edərək, “Azersun”u dayanıqlı innovasiyalarda lider kimi tanıdır.

Panelin əsas məqamı bu fərdiləşdirilmiş proqramların BETA versiyalarının “Azersun” tərəfindən debütü olacaq və onların hər biri dayanıqlılığın idarə edilməsini sadə və effektiv etmək üçün nəzərdə tutulub. Tətbiqlər həm fərdlərə, həm də bizneslərə daha dayanıqlı gələcəyə töhfə verməyə kömək edən güclü, lakin istifadəsi asan alətlər təmin edir.

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
53
ikisahil.az

1Sources